Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Rumıniyadan və Almaniyadan olan həmkarları ilə birgə Avropanın transmilli heroin qaçaqmalçılığının qarşını alıblar. 

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bu barədə UTX-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, əməliyyat Ukrayna ərazisindən Avropaya külli miqdarda narkotik maddənin daşınması barədə məlumata əsasən keçirilib. Üç ölkənin təhlükəsizlik xidmətlərinin uğurlu birgə əməliyyatı nəticəsində 120 kiloqramdan çox heroin qaçaqmalçılıq yolu ilə aparılarkən saxlanılıb. Ələ keçirilən heroin “qara bazar”da 10 milyon avro dəyərində qiymətləndirilir.