Çinin şərqindəki Tszyansu vilayətinin Kunşanm şəhərindəki zavodda baş verən parlayış nəticəsində azı 7 nəfər həlak olub və 5-i xəsarət alıb.
Unikal.org xəbər verir ki, bu barədə CCTV xəbər portalı məlumat verib. Bildirilir ki, hadisə yerinə xilasedicilər, polis və təcili yardım əməkdaşları cəlb olunub. Şahidlərin məlumatına görə, partlayışa yanğın səbəb olub. Yanğının səbəbləri araşdırılır. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, bu, 21 martda baş verən və 47 nəfərin ölümünə səbəb olan hadisədən sonra ikinci güclü insidentdir.