Rusiya ordusunun əsgəri intihar edib.
Unikal.org xəbər verir ki, Primorsk Hərbi Dairəsinin tabeliyindəki hərbi hisədə xidmət edən 18 yaşlı Stanislav Kuzemanın meyiti ərazidəki meşəlik sahədə aşkarlanıb. Çelyabinsk vilayətinin insan hüquqları üzrə müvəkkili Aleksey Kovalyov bildirib ki, S. Kuzema martın 30-da hərbi hissəni özbaşına tərk edib, fakt aşkarlandıqdan sonra isə onun axtarışına başlanılıb. Nəticədə axtarış qrupu S. Kuzemanın meyitini tapıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “İntihar həddinə çatdırma” maddəsi ilə cinayət işi qaldırılıb.