Ukrayna prezidenti Pyotr Poroşenko səsvermə hüququndan istifadə edib.
Unikal.org-un verdiyi xəbərə görə, Kiyevdəki Zabitlər evində səs verən P. Poroşenko prosesdən sonra jurnalistlərə açıqlama verib:
"Mən öz ailə üzvlərim və bir çox ukraynalı kimi ölkəmiz naminə səs verdim. Bu, Ukraynanın Avropa xalqları ailəsinə inteqrasiyası NATO-ya üzvlük və önəmli islahatlar yolunda son dərəcə vacib addımdır" - prezident P. Poroşenko belə deyib.
Onun sözlərinə görə, seçkilər yaxşı təşkil olunub və xalqın öz iradəsini ifadə etməsinə heç bir əngəl yoxdur.