Slovakiyanı ilk dəfə qadın idarə edəcək.

Unikal.org xəbər verir ki, 45 yaşlı vəkil Zuzana Çaputova səslərin 58,38%-inə sahib çıxaraq prezident seçilib. O, 41,62% səs toplayan rəqibi Maroş Şefçoviçi geridə qoyub.

İrəli Slovakiya Partiyasının namizədi olan Çaputova səlahiyyətlərinin icrasına 15 iyunda başlayacaq.