Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan İstanbulun Üsküdar rayonundakı seçki məntəqəsində səs veriblər.
Unikal.org-un məlumatına görə, Ərdoğan jurnalistlərə açıqlamasında bələdiyyə seçkilərinin gedişini izlədiyini deyib.
“Səsvermənin gedişini müəyyən vaxta qədər İstanbulda izləyəcəyəm. İstanbulda mətbuat konfransından sonra Ankaraya gedəcəyəm”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, bu gün Türkiyədə növbəti bələdiyyə seçkiləri keçirilir.