Türkiyədə sərnişin daşıyan mikroavtobus aşıb.

Unikal.org xəbər verir ki, bu barədə DHA xəbər portalı məlumat yayıb. Qəza Düzcə avtomobil yolunda baş verib. Nəticədə sürücü daxil olmaqla 17 nəfər xəsarət alıb. Hadisə yerinə tibb, xilasetmə və polis əməkdaşları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə Düzcə və Hendək ərazi xəstəxanalarına yerləşdiriliblər.

Onların vəziyyəti haqqında məlumat verilməyib.

Polis qəza ilə bağlı araşdırma aparır.