Ukraynada prezident seçkiləri ilə əlaqədar səsvermə davam edir. 

Unikal.org xəbər verir ki, saat 15:00-a olan nəticəyə əsasən, ölkə üzrə seçici fəallığı 43,75 faiz təşkil edib. Artıq seçki ilə bağlı “exit-poll”un ilkin nəticələri açıqlanıb. 

Belə ki, hazırda 27-29% səslə Vladimir Zelenski liderdir. Seçicilərin 16-17%-i Pyotr Poroşenkoya, 14-15,5%-i Yuri Boykoya, 14-14,5%-i isə Yuliya Timoşenkoya səs verib. 

Qeyd edək ki, səsvermə axşam saat 20:00-dək davam edəcək. Prezident postu uğrunda 39 namizəd mübarizə aparır.