Türkiyədə Fətullahçı terror təşkilatına (FETÖ) üzv olan keçmiş hərbçilərin saxlanıldığı həbsxanalarda keçirilən bələdiyyə seçkilərinin nəticələri məlum olub.
Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əsasən FETÖ-çülərin olduğu Sincan və Silivri cəzaçəkmə müəssisələrində Cümhuriyyət Xalq Partiyası (CHP) qalib gəlib.
Belə ki, Sincan həbsxanasında CHP 2 min, AKP 825 səs toplayıb. Silivridə isə CHP-yə 3902, hakim AKP-yə 2050 səs verilib.