Ukraynda prezident seçkilərində protokolların 0,12%-nın yekunlarına əsasən, Ukraynanın hazırkı rəhbəri Petro Poroşenko irəlidədir.

Unikal.org-un TASS-a istinadən yaydığı xəbərə görə, P. Poroşenko 28,69% səs toplayıb. 

İkinci yerdə 24,27% səslə “Xalqın nökəri” partiyasının namizədi, şoumen Vladimir Zelenski qərarlaşıb.

“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko 15,12% səslə üçüncüdür.

Səslərin sayılması davam edir.