Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul şəhərinin bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım tərəfdarlarının qarşısına çıxaraq seçkidə qalib gəldiyini açıqlayıb.
Unikal.org xəbər verir ki, "İstanbulda seçkini qazandıq" deyən B. Yıldırım dəstəyə görə xalqa təşəkkür edib: "Qələbəmiz İstanbul və ölkəmiz üçün xeyirli olsun. Təşəkkür İstanbul. İnşallah İstanbulu, 15 milyonun xoşbəxt və hüzurlu bir şəkildə yaşayacağı şəhər halına gətirəcəyik".