İstanbul bələdiyyəsinə rəhbərlik uğrunda gedən mübarizədə Cümhur İttifaqından olan namizəd Binəli Yıldırımın səsləri Millət İttifaqının namizədi (CHP) Əkrəm İmamoğluya yazılıb.
Unikal.org xəbər verir ki, bu sözləri keçirdiyi mətbuat konfransında Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmisi Bayram Şenocaklı bildirib. O israrla deyib ki, Binali Yıldırıma verilən bəzi səslər Əkrəm İmamoğluya yazılıb. Hesab edirik ki, İstanbulu AK Partiya və Binali Yıldırım qazandı.
B.Şenocaklı həmçinin partiyası adından CHP-çilərin eyni oğurluğu başqa regionlarda da etdiklərini iddia edib.