Bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Unikal.org Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığına dair məlumat yayıb.
Məlumatda deyilir ki, N.Paşinyan martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə apardığı danışıqlar haqda informasiya verib və Rusiya tərəfinə vasitəçilik prosesindəki “tutarlı roluna görə” təşəkkür edib.
V.Putin isə Rusiyanın o cümlədən ATƏT-in Minsk Qrupu xətti ilə bundan sonra da nizamlama prosesinin mühüm məqamları ilə bağlı çözüm axtarışına dəstək verməyə hazır olduğunu bildirib. Kremlin məlumatında da telefon danışığının hansı tərəfin təşəbbüsü ilə baş tutduğu göstərilmir.