Niderlandda üzü bağlayan geyimlərin qadağan edilməsi ilə bağlı qərar cari ilin avqust ayınınbirində qüvvəyə minəcək.

Unikal.org xəbər verir ki, bu barədə hökumətin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, ictimai nəqliyyat, məktəblər, xəstəxanalar və dövlət müəssisələrində pərəncə və niqab (üz örtüyü) gadağan ediləcək.

Qaydanı pozanları 410 avro cərimə gözləyir. Qadağanı özündə əks etdirən qanunu 2016-cı ildə parlamentin ikinci palatası, 2018-ci ildə isə Senat qəbul edib.

Qeyd eək ki, bundan öncə Danimarka, Avstriya, Belçika, Fransa, İsveçrə və İspaniyanın bir sıra rayonlarında, Kanadanın Kvebek əyalətində bu cür qadağalar tətbiq edilib.