Məşhur xəbər aparıcısı Uğur Dündar istefa verib.
Unikal.org xəbər verir, bu barədə U.Dündar sosial şəbəkədə məlumat yayıb. O “Halk TV”dəki vəzifəsindən ayrıldığını deyib:
“Halk Tv”ni bugünlərə gətirən Lale Özan Arslan, Semra Topçu, Rahmi Aygün, Barış Yarkadaş, Atakan Gültekin və Gökhan Demirelin işlərinə son verilib!
Bu haqsızlığa qarşı çıxıram və 6 il ərzində bir qəpik də almadan verilişdə aparıcılıq etdiyim Halk TV-dən ayrılıram".