Gürcüstanın Telavi rayonunun Buşeti kəndində uşaq bağçasında 20-dən çox uşaq zəhərlənib.
Unikal.org xəbər verir ki, onlardan 13-ü intoksikasiya diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib.
Zəhərlənmənin səbəbi hələ məlum deyil. Uşaqların içməli sudan zəhərləndiyi ehtimal olunur.
Bağça müvəqqəti olaraq bağlanıb. Gürcüstanın Milli Qida Agentliyinin əməkdaşları müəssisədə araşdırma aparırlar.(report)