Bakının Nizami rayonunda meyit aşkarlanıb.
Unikal.org "Report"a istinadən xəbərinə görə, hadisə Naxçıvanski küçəsi 67 ünvanında yerləşən kafedə qeydə alınıb.
Kafenin sanitar qovşağında Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Mənsur Şükürovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.
Faktla bağlı rayon prokurorğu tərəfindən istintaq aparılır.