Aprelin 29-30-da Qazax rayonu istiqamətində  gedən döyüşlərdə düşmən ölkənin hərbi qulluqçuları Azərbaycan Dövlət Sərhəd Xidmətinin  bölmələri tərəfindən zərərsizləşdirilib. 

Unikal.org xəbər verir ki, bu barədə Facebook səhifəsində ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan məlumat verib. O bildirib ki, Tavuş istiqamətində gedən döyüşlərdə bir hərbi qulluqçuları ağır yaralanıb. O, təcili olaraq vertalyotla İrəvana gətirilib. 

Ermənistanın bəzi KİV-ləri isə atışma nəticəsində xeyli sayda əsgər və zabitin yaralandığını yazır. Aralarında ölənlərində olduğu deyilir. 

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, aprelin 29-30-da Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində DSX sərhəd döyüş məntəqələri günün müxtəlif vaxtlarında Ermənistanın silahlı qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən iriçaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.