Unikal.org sürücü ilə bağlı yerli KİV istinadən xəbər verir ki, Mahir Əsədov Bakının əsasən zənginlərin məskəni olan “Vorovski” qəsəbəsində yaşayır, bizneslə məşğul olduğu, “Ağ şəhər”də binalar inşa etdiyi deyilir və onu qəsəbədə “çox nüfuzlu biri” kimi tanıyırlar.
Hələlik hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı rəsmi məlumat yaymayıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev isə virtualaz.org-a açıqlamasında eyni dövlət nömrə nişanının müxtəlif avtomobillədə istifadə olunması faktının araşdırılacağını dedi: “Ola bilər ki, bu fotoşop olsun. Çünki indi elə dövrdür ki, texnika vasitəsilə nömrəni dəyişdirmək, üzərinə başqa nömrə yapışdırmaq mümkündür. Biz bu barədə araşdırma aparacağıq və araşdırmadan sonra məsələyə hüquqi qiymət verilə bilər”.
Xatırladaq ki, oliqarxların törəmələrinin eyni dövlət nömrə nişanını çoxsaylı avtomobil kolleksiyasında yer alan müxtəlif avtomobillərə yapışdırması geniş yayılmış haldır. Dəfələrlə bu barədə faktlar, görüntülər yayılıb.