Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayonunda ev 4-də baş verib. Belə ki, blokların birinin 3-cü mərtəbəsində elektrik sayğacları yerləşən qutuda 8 ədəd sayğac,  elektrik açarları və 6 paqonometr kabel yanıb.  Yuxarı mərtəbələrdən tüstülənmiş mənzillərdən 12 nəfər sakin təhlükəsiz əraziyə təxliyyə olunub. 

Hadisə yerinə 2 ədəd yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Xəsarət alan olmayıb.