Space Tv-də Amil Xəlilin "Olar? Olmaz!" verilişində növbəti maraqlı anlar qeydə alınıb.

Unikal.org xəbər verir ki, Bakının Kürdəxanı qəsəbəsindən verilişə müraciət edən Reyhan adlı xanım qonşu ərinin onu narahat etdiyini bildirib. "Süpürgəçi işləyirəm. Ərim öləndən bu kişi məni narahat edir.  Hər gün evimə daş atır. Gecə yata bilmirəm".
 
Biraz sonra qarşı tərəfin xanımı da mübahisəyə cavab verir. Ardınca qonşularda Amil Xəlilə baş verənləri danışır.

Qeyd edək ki, bu gün 15:25 də "Gəl, dərdini danış"da hər iki tərəf danışacaq.