Gəncədə qonşular arasında dava olub.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. 

Qonşular arasında düşən mübahisə zamanı 51 yaşlı Dilbər Məmmədova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. 

Hazırda qadının vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.