Paris X Nanter və Löven Katolik Universitetlərinin dosenti, Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının Dağ Müdafiə Komissiyasının üzvü Lode Bekersin Qərbi Kaspi Universitetinin tələbələri üçün seminarı təşkil edilib.

Unikal.org xəbər verir ki, Qərbi Avropanın inkişaf dinamikası, regionun inkişafının əsas mərhələ və istiqamətləri, xüsusilə siyasi, iqtisadi və ekoloji və tendensiyaları şərh edən mütəxəssis tələbələri maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Lode Bekers bir neçə gün öncə Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə keçirilən “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfransda iştirak məqsədi ilə Bakıya gəlib.