Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə, polis polkovnik-leytenantı Sadıqov Siyavuş Firuddin oğlu Yevlax Rayon Polis Şöbəsinin İstintaq şöbəsinin rəisi vəzifəsindən azad edilərək, Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin, Təhqiqat şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Xəbəri Gəncə Şəhər Baş Polis İdarəsindən Unikal.org-a təsdiqləyiblər. 

Famil Fərhadoğlu