Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Dillər Universitetində (ADU) dahi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında yazılmış unudulmaz bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operası səhnələşdirilib.
Unikal.org xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla tamaşanın təqdimatının yüksək səviyyədə olduğunu deyib: “Tamaşanı universitetin tələbələrinin ifa etdiyini elan etməsəydilər, aktyorların Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri olduğunu düşünəcəkdim. Son dərəcə nəfis, həssas, səmimi tamaşa alınıb”.
Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbəsi, xəlifə rektor Salman Quliyevdir.
Tamaşada baş rolları Təhsil fakültəsinin tələbələri Aysel Hacıyeva (Leyli) və Murad Əliyev (Məcnun) ifa ediblər. İbn Səlam obrazını Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbəsi Salman Quliyev, Leylinin anasını Təhsil fakültəsinin tələbəsi Ramilə Musazadə canlandırıb.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 25-də ilk dəfə nümayiş olunan “Leyli və Məcnun” operası Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açaraq müsəlman Şərqində opera janrının əsasını qoyub.