“Azərişıq” ölkə üzrə bütün abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təminatında yüksək nəticələri almaqda davam edir. İstismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurularaq, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə cari ilin ötən aylarında qərb regionunda irimiqyaslı yenidənqurma işləri həyata keçirilib və hazırda davam etdirilir.
Unikal.org xəbər verir ki, Tovuz rayonunda da elektrik enerjisinin verilişində köklü dəyişikliklərə nail olunub. Ötən aylarda görülən işlər sırasında 8 kilometr uzunluğunda olan 6 kilovoltluq (kV) “Aqropark” hava xətti də var. Tam tikilib istifadəyə verilən bu xətt vasitəsilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şərait yaradılıb. Uzunluğu 5,74 kilometr olan “Ağdam” hava xəttində isə dayaqlar tam dəyişdirilib, 10 kV-luq dayaqlar quraşdırılıb. Rayonun Hunanlar kəndində 3 ədəd, Sarıtala və Qaraboyunlar kəndlərində isə 2 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb, ötürücü dayaqlar dəyişdirilib və SİP kabelləşmə işi aparılıb.
Qəsəbə və kəndlərdə yeni KTM-lər quraşdırılıb, dəmir-beton dayaqlar basdırılıb və 1680 metr məsafədə SİP kabelləşmə işi başa çatdırılıb. Özünü daşıyan naqillər üçün 1219 ədəd dayaq yenilənib, 20 min 765 metr məsafədə kabelləşmə işi aparılıb.Cəbhəyanı olan kəndlərdə hazırda yenidənqurma işləri davam etdirilir.
“Azərişıq” ASC Qərb Regionunda yenidənqurma işlərini davam etdirir
15:28 17-05-2019
CƏMİYYƏT
Digər Xəbərlər
2025-02-24 18:27:46

2025-02-24 18:22:45

2025-02-24 18:13:21

2025-02-24 16:47:42

2025-02-24 16:32:11

2025-02-24 16:25:48

2025-02-24 16:15:14
.jpg)
2025-02-24 15:58:00
.jpg)
2025-02-24 15:30:20
2025-02-24 15:23:00

2025-02-24 15:06:22

2025-02-24 15:01:57

2025-02-24 14:47:27

2025-02-24 14:42:48

2025-02-24 14:30:00

2025-02-24 14:06:52

2025-02-24 13:45:55

2025-02-24 13:20:16

2025-02-24 13:02:58
