Kənd Təsərrüfatı Nazirliyi regionlarda ilk dəfə olaraq kənd təsərrüfatı texnikası yarmarkaları keçirəcək.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, mayın 20-dən iyunun 15-dək təşkil olunacaq yarmarkalar ölkənin 6 rayonunu əhatə edəcək.
Yarmarkalarda iştirak edən fermerlər təchizatçıların təklif etdikləri texnika və avadanlıqlarla, həmçinin dövlət güzəştləri barədə məlumat əldə edə biləcəklər.