Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkilər üzrə səsvermə başa çatıb.
Unikal.org xəbər verir ki, azərbaycanlıların kompakt yaşadıqları rayonda keçirilən mer seçkilərində 15 namizəd mübarizə aparsa da, hakim “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı səslərin 78,6%-ni əldə edərək Marneulinin icra başçısı seçilib.
Gürcüstanın Mərkəzi Seçki Komissiyası Marneuli rayonunda 90 seçki məntəqəsinin hamısı üzrə nəticələri elan edib.