Azərbaycanda insan alverinə qurban olanlarla bağlı məlumat yayılıb.

Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İnsan alveri qurbanına çevrilmənin vasitələri hansılardır?

İnsanları tora salan vasitələr - İşədüzəltmə firmaları; Moda agentliyi; Nikah agentliyi; Turizm agentliyi; İnternet vasitəsilə iş, tanışlıq və nikah haqqında elanlar; Qəzet və televiziya vasitəsi ilə elanlar;

Tanışlar, qonşular, qohumlar tərəfindən təkliflər; Хаrici аgеntliklər tərəfindən təкliflərlə; Əvvəlcədən hаzırlаnmış аdаmlаr tərəfindən iş təkliflərilə.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 152 “Qaynar xətt”i insan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına,

xüsusən qadın və uşaqlara yardım məqsədilə məlumat-məsləhət xidməti göstərir. “Qaynar xətt” həftənin bütün günləri 24 saat ərzində yalnız respublika ərazisində ödənişsiz xidmət göstərir, dünyanın hər bir ölkəsindən zəngləri qəbul edir.