Rusiya mətbuatı jurnalist və blogger kimi fəaliyyət göstərən Fuad Abbasovun həbs görüntülərini yayıb. Onun miqrasiya qanunvericiliyini pozduğu deyilir.

Unikal.org xəbər verir  ki, "Ren TV"-də yayılan görüntülərdə Fuadın əllərinə qandal vurulduğu, iki nəfər mülki geyimli şəxs tərəfindən polis avtomaşınına mindirildiyi nümayiş olunub.

Rusiya KİV-i F.Abbasovun Rusiyada milli zəmində münaqişələri qızışdırmaqda, millətlərarası dostluğu pozmaqda, ədavət yaratmaqda şübhəli bilindiyini yazıb. Həmçinin "Ren TV"-də qeyd olunub ki, Fuadın düşmənləri onun populizm və təxribatla məşğul olduğunu söyləyiblər.