Bu gün günorta saatlarında Türkiyənin Kocaeli şəhərinin Çayırova maalında tekstil fabrikində yanğın baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə gələn xilasetmə briqadaları cəlb olunub.

Xilasetmə qüvvələri 5 nəfərin meyitini çıxarıb, 5 nəfər xəstəxanaya yerləşdirilib. 

Ümumilikdə hadisə baş verən zaman içəridə 30 işçinin olduğu bildirilir. Onlardan bir neçəsi yanan binadan çıxa bilib. Yanğın 4 mərtəbəli fabrik binasının anbarında başlayıb. 5 saata qədər davam edən əməliyyatdan sonra yanğın söndürülüb. Araşdırma aparılır.