Bursada Ertan A. adlı şəxs eskort-xidmətlər təklif edən saytda tanış olduğu Deniz T-ni küçənin ortasında daşla ölümcül döyüb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı kişinin intim xidmətlər təklif edən saytda tanış olub görüşdüyü şəxsi döyməsinə səbəb onun trans olmasıdır. Belə ki, qarşısındakı şəxsin trans olduğunu öyrənən kişi onu küçənin örtasında vəhşicəsinə döyüb. Ertan A.-ya reaksiya verən ətrafdakı sakinləri polis və məhəllə gözətçiləi sakitləşdirib. Saxlanılan Ertan A. jurnalistlərin niyə belə etmisən? sualına da "Sən soruş diyə etdim" deyə sərt cavab verib.
Bildirilir ki, hadisə Osmangazi mahalında meydana gəlib.
37 yaşlı Ertan.A eskort saytlarnın birində tanış olduğu Deniz T. adlı şəxslə əlaqə saxlayıb. Sosial şəbəkədə təxminən 1 həftə yazışan şəxslər görüşmək qərarına gəlib. Ertan A. evinin önündə görüşdüyü Deniz T-nin internetdə fotolarını gördüyü şəxs olmadığının fərqinə varıb. Trans olduğunu söyləyən Deniz.T. ilə Ertan.A. arasında mübahisə yaranıb. Mübahisə qısa zamanda davaya çevrilib. Ertan A. yoldan götürdüyü daşla Deniz T-yə vurmağa başlayaıb. Davanı görənlər onları ayırmağa çalışıb.
Deniz.T xəstəxanaya çatdırılıb.