Ermənistanın yeni yaradılmış “Adekvad” partiyasının lideri Artur Danielyan Yerevan polisi tərəfindən saxlanılıb.
Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, polis Artur Danielyanın saxlanılması və Yerevanın Mərkəzi Polis İdarəsinə aparılması faktını təsdiqləyib.
Ötən gün “Facebook”-da canlı yayım zamanı A.Danielyan Ermənistanın baş naziri Nikol Paşinyanı hədələyib. Həbsin bununla əlaqədar ola biləcəyinə dair fikirlər səslənidirilir.