"Yolda ötmək qadağandır" nişanının sol tərəfi qırmızı rənglə yox, qara rənglə göstərilib. Əslində isə ötmək qadağandır nişanının sol tərəfi qırmızı, sağ tərəfinə isə qara rəng vurulmalıdır.
Unikal.org xəzərxəbər-ə istinadən bildirir ki, belə bir nişan Şirvan şəhəri Tofiq İsmayılov küçəsindədir.
Mütəxəsislər isə bildirirlər ki, yol nişanı səhv olduğu üçün buna görə sürücülər cərimələnə bilməz. Əgər həmin yolda indiyədək cərimələnən varsa, iddia qaldırıb protokolu ləğv etdirə bilər.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin də münasibətini öyrəndik. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Xəzər Xəbər"ə mövcud vəziyyətlə maraqlandığını və artıq problemin aradan qaldırılıdğını bildirib.