Ağsu rayonunun Bico kəndində taxıl sahəsində yanğın hadisəsi olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Ağsu rayonunun Bico kəndində 0,4 ha biçilməmiş və 2,6 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.