Bu gün Qaradağ rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri təntənəli qeyd olundu.
Unikal.org xəbər verir ki, Ələt qəsəbəsindəki S.Məmmədov adına 110 saylı orta məktəbdə keçirilən “son zəng” tədbirində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Təhsil Nazirinin müavini Firudin Qurbanov, rayon ictimaiyyətinin nümayəndələri, məktəb kollektivi və valideynlər iştirak etdilər.
Rayon məktəblərində tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən yüksək səviyyədə təşkilatı işlər aparılaraq, bu günün bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etdilər.
Hər bir tədbir Azərbaycanın Dövlət bayrağının səhnəyə gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başladı.
Ulu Öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışıldı, rayonumuzda son illər ərzində təhsil ocaqlarının yenidən tikilməsi, əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilməsini təhsildə keyfiyyətin yüksəlməsinə təsir edən amil kimi qiymətləndirdilər. Müstəqil həyatın astanasında duran məzunlara, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.
Lökbatan qəsəbəsində yerləşən F.Rəfiyev 166, E.Həsənov adına 139, Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına 228, Ələt qəsəbəsindəki S.Məmmədov adına 110, Puta qəsəbəsindəki K.Yaqubov adına 184, Qobustan qəsəbəsindəki 321, Müşfiqabad qəsəbəsindəki E.Şirəliyev adına 174 nömrəli tam orta məktəblərdə keçirilən “Son zəng” mərasimləri daha yaddaqalan oldu.
Tədbirlərdə çıxış edənlər müstəqil həyatın astanasında duran məzunlarımıza gələcək həyatlarında uğurlar dilədilər, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.