Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Məmmədov İmran Nazim oğlu idarə etdiyi “Nissan” markalı avtomobillə yol ayrıcında “Yol verin” nişanının tələbini pozaraq gözləmədən əsas yola çıxıb. Bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsilə Şirin Mirzəyev küçəsi ilə hərəkətdə olan Yol Patrul Xidmətinə (YPX) məxsus 99 YP 459 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilə çırpılıb. Nəticədə yol patrul xidmətinin inspektoru və “Nissan”ın sürücüsü İ.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fakt Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırılır.