Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, rayonun Seyyid Hüseyn küçəsində yaşayan 1969-cu il təvəllüdlü Yusifov Teymur Rəşid oğlunu evdə cərəyan vurub.
Zərərçəkmiş "təcili yardım" maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılarkən, yolda keçinib.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.