Tatarıstanın Kazan şəhərində Azərbaycan Milli Mədəni Muxtariyyəti tərəfindən Xalqlar Dostluğu evində (Kazan, Pavlyuxin küç., 57) Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Unikal.org xəbər verir ki, tədbirdə Kazanda yaşayan azərbaycanlı ziyalılar, tələbə və gənclər, həmçinin bir sıra iş adamları iştirak etdilər. Tədbiri giriş sözü ilə açan tarixçi, “Odlar Yurdu” qəzetinin baş redaktoru Vasif Abdullayev açdı.
Qonaqlardan tarixiçi Rafayıl Həsənov, şərqşünas-yazar, nəsimişünas Vüsal Hətəmov və psixoloq-ilahiyyatçı Bəhruz Camal İmadəddin Nəsiminin həyat və yaradıcılığından danışdılar. Tədbirdə Nəsiminin şeirləri və saz ifası səsləndirildi.