Türkiyənin hərbi birlikləri Suriya sərhədinə göndərilib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Məlumata görə, hərbi birliklərlə yanaşı, zirehli avtomobil, tanklar və silah-sursatın Hataya göndərildiyi bildirilib. Qeyd edilir ki, sərhəddə xidmət göstərən hərbçilərə dəstək məqsədi ilə proses baş tutub.