Ötən gün bəzi xarici media resurslarında İspaniyanın İbiza şəhərində guya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədlinin 1 milyon funt sterlinq dəyərində saatının oğurlanması barədə məlumat yayaılıb.
Unikal.org xəbər verir ki, sözügedən məsələyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli aydınlıq gətirib.
Bildirib ki, bu məlumat yalan və cəfəngiyyatdan başqa bir şey deyil:
"Sübhan Məmmədli İspaniyanın İbiza şəhərində olmamış, Londondakı King’s College-də təhsil almamışdır. Bu məlumatları asanlıqla dəqiqləşdirmək mümkündür.
Göründüyü kimi bu, müxalifyönlü qüvvələrin iqtidarı təmsil edən vəzifəli şəxslərlə bağlı şər və böhtan dolu məlumatlar yaymaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi çirkin oyunlardan növbətisidir".