Bakının Yasamal rayonunda itkin düşən 9 yaşlı qız tapılıb.

Unikal.org xəbər verir ki, azyaşlı polis əməkdaşları tərəfindən Yasamal rayon Dövlət Bayrağı parkında aşkar edilib. Onun ailə üzvlərindən xəbərsiz parka gəzməyə getdiyi məlum olub.