İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Unikal.org xəbər verir ki, qurumun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlikdəki 2019-cu ilin II rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi və təsdiqi.məsələ barədə məlumat verib. 
İcraçı direktor Vüqar Səfərli bildirib ki,  müsabiqəyə sənəd təqdim edən 25 ictimai-siyasi qəzet indiyə qədər də maliyyə yardımı müsabiqələrində iştirak edib və Fond tərəfindən maliyyələşdirilib. 
İcraçı direktor həmçinin qeyd edib ki, 2019-cu ilin II rübündə olduğu kimi, ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edilir.
Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzetlərin təklif olunan 3 kateqoriya üzrə maliyyələşdirilməsi məqsədəuyğun sayılıb. 
Müzakirələrin sonunda sənədləri tələb olunan şərtlərə cavab verən 25 ictimai-siyasi (gündəlik, günaşırı və həftəlik) qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib.

2019-cu ilin II yarısı üzrə maliyyə yardımı ayrılmış ictimai-siyasi qəzetlərin siyahısı

I kateqoriya - Gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər

Qəzetin adı

Ayrılmış aylıq vəsait

(manatla)

  1.  

"Bakı-Xəbər” qəzeti

20000

  1.  

"Kaspi” qəzeti

20000

  1.  

"Yeni Müsavat” qəzeti

20000

  1.  

"Səs” qəzeti

20000

  1.  

"Yeni Azərbaycan” qəzeti

20000

  1.  

"Mövqe” qəzeti

20000

  1.  

“Kaspiy” qəzeti

20000

 

 

II kateqoriya - Günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər

Qəzetin adı

Ayrılmış aylıq vəsait

(manatla)

1.

"Həftə içi” qəzeti

10000

2.

"Novoye Vremya” qəzeti

10000

3.

"Azernews” qəzeti

10000

4.

"525-ci qəzet”

10000

5.

"Xalq Cəbhəsi” qəzeti

10000

6.

"Paralel” qəzeti

10000

7.

"Hürriyyət"

10000

8.

"Olaylar” qəzeti

10000

9.

"Palitra” qəzeti

10000

10.

"Ədalət” qəzeti

10000

11.

"Üç nöqtə” qəzeti

10000

12.

"Azad Azərbaycan” qəzeti

10000

13.

"Şərq” qəzeti

10000

 

 

III kateqoriya - Həftəlik ictimai-siyasi qəzetlər

Qəzetin adı

Ayrılmış aylıq vəsait

(manatla)

  1.  

"Oxu məni” qəzeti

5000

  1.  

"Unikal" qəzeti

5000

  1.  

“Hərbi And” qəzeti

5000

  1.  

"Türküstan" qəzeti

5000

  1.  

"The Business Times” qəzeti

5000