Yaşına görə, qadınlar arasında dünyanın ən güclü bədəninə malik olan "Super nənə ləqəbli Ernestine Shepherdin 80 yaşını qeyd edib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 2010-ci ildədünyanın yaşlı güclü qadın bədəninə malik olan Shepherdin Ginessin Rekordlar Kitabına düşüb. Shepherd, ictimai media üzərindən paylaşdığı doğum günü mesajında, "Hələ qərarlıyam, hələ özümü güclü olmağa həsr etdim" şərhini verib.
80 yaşında olmasına baxmayaraq 20 yaşında bir qadın bədənində sahib olan Shepherd, indiyə qədər bir çox yarışa və marafona qatıldı.
Həyatının böyük bir qisimini evdar qadınlığa həsr edən bu qadın 56 yaşında idmana başlayıb.
O bunu belə əsaslandırıb: "Yaşlaşdıqca qardaşımla mənim bədənimiz sallanmağa başladı. Qardaşım beyin qansızmasından dünyasın dəyişdikdən sonra ona verdiyim sözü tutaraq idmana başladım.
İdman etməyi və yarışlara qatılmağı həyatının bir parçası hesab edən Shepherd, bədənini cavan saxlamaq üçün hər gün gecə saat 3-dən səhər 8:00-dək qaçıram. Hər gün axşam mütləq saat 10-dan əvvəl yatıram.
Hər gün düyü, toyuq sinəsi, şabalıd, qarğıdalı, yumurta yeyir və bol miqdarda su içirəm".