İranla Ermənistan arasında viza rejimi ləğv edilib.
 
Erməni mətbuatında yayılan məlumata görə, Ermənistan və İran vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək ölkənin ərazisində qala biləcəklər.
İyunun 5-də Tehranda İran və Ermənistan arasında viza rejiminin ləğvinə dair razılaşma imzalanmışdı. Razılaşma Ermənistan parlamentində təsdiq edilib. 
İran və Ermənistan tərəfi bunun iki ölkə arasında iqtisadi, ticarət və başqa əlaqələrin daha da inkişaf etməsinə imkan yaradacağına inanırlar.