İtaliyanın paytaxtı Romada ilk dəfə qadın bələdiyyə sədri seçilib.
 
Unikal.org sözcü.com.tr-yə istinadən xəbər verir ki, 37 yaşlı Vircinia Raggi Romanın tarixində ilk qadın bələdiyyə sədri olmaqla yanaşı, həm də ən gənc bələdiyyə sədridir.
 
5 Ulduz Hərəkatının internetdə keçirdiyi səsvermə ilə bələdiyyə sədrliyinə namizəd olan xanım siyasətçi cəmi 4 ay ərzində sadə vətəndaşlıqdan Roma şəhərinin merliyinə qədər yüksələ bilib.
 
Qeyd edək ki, Romanın sabiq bələdiyyə sədri İgnazio Marino ötən ilin noyabrında korrupsiya ittihamlarına görə istefa vermək məcburiyyətində qalmışdı.