"Təəssüf ki, yeni yaradılan dövrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində bəzi çətinliklər oldu, aramızda müəyyən problemlər yarandı".
  
Bunu "Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 15: Dünən, bu gün və sabah" mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükürr Paşazadə deyib. 
 
QMİ sədri bildirib ki, Mübariz Qurbanlı Dövlət Komitəsinə sədr təyin olunandan sonra yerlərdə Dövlət Komitəsi və dindarlar arasında əməkdaşlıqda harmoniya var: "Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyinin yaradılması da dindarların işini asanlaşdırır. Milli Məclisdə Siyavuş Novruzovun sədrliyi ilə müvafiq komitənin yaradılmasını da təqdir edirik. Ancaq aşağı səviyyədə bəzi məsələlərdə anlaşılmazlıqlar yenə də qalır. Ona görə də Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Milli Məclisin müvafiq komitəsi arasında görüşün keçirilməsinə ehtiyac var". (APA)