İngiltərənin “Çelsi” klubu daha bir əfsanəvi futbolçusunu geri qaytarıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisinin sabiq yarımmüdafiəçisi Klod Makelele bu klubun futbol akademiyasında fəaliyyətə başlayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 46 yaşlı Makelele təyinatı ilə bağlı açıqlama da verib: “Evə döndüyüm üçün çox şadam. Bu klub mənə çox şey verdi. İndi bunun qarşılığını vermək zamanıdı. “Çelsi”nin gənc oyunçularına gələcək karyeralarında yardım etmək istəyirəm. Yeni işimə başlamaq üçün səbrsizlənirəm”.
Makelele karyerasını bitirdikdən sonra PSJ və “Suonsi Siti” klublarında köməkçi-məşqçi, “Bastiya” və “Eypen”də baş məşçqi kimi çalışıb. Fransa millisində 71 oyun keçirmiş Klod, 2003-2008-ci illər aralığında formasını geyindiyi “Çelsi”dən başqa “Nant”, “Olimpik” (Marsel), “Selta”, “Real” və PSJ-də də çıxış edib.
“Çelsi” bir müddət əvvəl sabiq futbolçularından Frenk Lempardı baş məşqçi, Petr Çexi isə texniki məsləhətçi postuna gətirmişdi.