Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Unikal.org xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Monteneqronun “Sutyeska” klubu Şimali İrlandiya “Linfild”ini qəbul edib. Üç qolun qeydə alındığı matçda sevinən tərəf qonaqlar olub. “Qarabağ” Çempionlar Liqasında APOEL səddini keçə bilməsə, Avropa Liqasının pley-off mərhələsində bu cütlüyün qalibi ilə qarşılaşacaq.

Bu gün isə daha bir oyun keçiriləcək. İrlandiyanın “Dandalk” klubu səfərdə Slovakiya “Slovan”ının qonağı olacaq. 

Azərbaycanın turnirdə yeganə təmsilçisi olan “Neftçi” ilk oyununu avqustun 8-də keçirəcək. “Ağ-qaralar” Bakıda İsrailin “Bney Yehuda” klubunu qəbul edəcək. “Neftçi” bu mərhələni keçsə, pley-offda “Malmö” – “Jirinski” cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyunlar

6 avqust

Ararat (Ermənistan) – Saburtalo (Gürcüstan) 1:2
Qol
: Kobilako, 31 – Altunaşvili, 72; 76.

Riqa (Litva) – HİK (Finlandiya) 1:1
Qol
: Bilinski, 81 – Varyinen, 77.

Sutyeska (Monteneqro) – Linfild (Şimali İrlandiya) 1:2
Qol
: Kojaseviç, 11 – Millar, 38; 65.

7 avqust

22:15 Slovan (Slovakiya) – Dandalk (İrlandiya)

8 avqust

18:00 Astana (Qazaxıstan) – Valletta (Malta)
19:30 AEK (Kipr) – Gent (Belçika)
20:00 Pünik (Ermənistan) – Vulverhempton (İngiltərə)
20:00 Sparta (Çexiya) – Trabzonspor (Türkiyə)
20:15 Universitatya Krayova (Rumıniya) – AEK (Yunanıstan)
20:30 Brondbü (Danimarka) – Braqa (Portuqaliya)
20:45 Ventspils (Latviya) – Vitoriya (Portuqaliya)
21:00 Hauqsen (Norveç) – PSV (Hollandiya)
21:00 Mariupol (Ukrayna) – Alkmaar (Hollandiya)
21:00 Malmö (İsveç) – Jirinski (Bosniya və Herseqovina)
21:00 Molde (Norveç) – Aris (Yunanıstan)
21:00 Neftçi (Azərbaycan) – Bney Yehuda (İsrail)
21:00 Şerif (Moldova) – AİK (İsveç)
21:00 Tyun (İsveçrə) – Spartak (Moskva, Rusiya)
21:30 Antverpen (Belçika) – Viktoriya (Çexiya)
21:30 ÇSKA (Bolqarıstan) – Zarya (Ukrayna)
21:30 Feyenoord (Hollandiya) – Dinamo (Gürcüstan)
21:30 Lokomotiv (Plovdiv, Bolqarıstan) – Strasburq (Fransa)
21:30 Ludoqorets (Bolqarıstan) – TNS (Uels)
21:30 Makkabi (İsrail) – Suduva (Litva)
21:45 Sarayevo (Bosniya və Herseqovina) – BATE (Belarus) 
22:00 Midtyulland (Danimarka) – Reyncers (Şotlandiya)
22:00 Norçepinq (İsveç) – Hapoel Beer-Şeva (İsrail)
22:00 Düdelanj (Lüksemburq) – Nımme Kalyu (Estoniya) 
22:00 Riyeka (Xorvatiya) – Aberdin (Şotlandiya)
22:30 Austriya (Avstriya) – Apollon (Kipr)
22:30 Styaua (Rumıniya) – Mlada Boleslav (Çexiya)
22:30 Vaduts (Lixtenşteyn) – Ayntraxt (Almaniya) 
23:00 Legiya (Polşa) – Atromitos (Yunanıstan)
23:00 Lütsern (İsveçrə) – Espanyol (İspaniya)
23:00 Partizan (Serbiya) – Yeni Malatyaspor (Türkiyə)
23:00 Torino (İtaliya) – Şaxtyor (Belarus)