“Barselona”nın yetirməsi olan, bir neçə gün əvvəl İngiltərənin “Stok Siti” klubu ilə yolları ayırmağa qərar verən Boyan Krkiçin yeni iş yeri bəlli olub.
Unikal.org xəbər verir ki, 28 yaşlı hücumçu ABŞ-ın “Monreal İmpakt” klubuna transfer olunub.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. İspaniyalı futbolçu yeni klubu ilə ilyarımlıq müqavilə imzalayıb. Azad agent statusuna malik Krkiçin transferi yeni klubuna havayı başa gəlib.
Karyerası ərzində “Barselona”, “Milan”, “Roma” kimi klublarda çıxış edən Krkiç, 2014-cü ildən “Stok Siti”də forma geyinirdi. İspan futbolçu son mövsümdə Çempionşip təmsilçisiylə 21 qarşılaşmada iştirak edərək, 1 qol vurmuşdu.